Xocalının iki kəndinə köç karvanları yola salınıb | YENİLƏNİB

Xocalının iki kəndinə köç karvanları yola salınıb |  YENİLƏNİB
  26 Yanvar 2026    Oxunub:1030
Xocalının Badara və Seyidbəyli kəndlərinə yola salınan növbəti köç Xocalı şəhərinə çatıb.
AzVision.az xəbər verir ki, qarşılama mərasimində Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəliyi ilə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin əməkdaşları iştirak ediblər.

* * *

12:44
Xocalı rayonunun Badara və Seyidbəyli kəndlərinə növbəti köç karvanları yola salınıb.

AzVision.az xəbər verir ki, bu mərhələdə Badara kəndinə 15 ailə (66 nəfər), Seyidbəyli kəndinə isə 10 ailə (34 nəfər) köçürülür.

Kəndlərə köçənlər ölkənin müxtəlif yerlərində, əsasən yataqxana, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

AzVision.az bb


Teqlər: Böyük-Qayıdış  



Xəbər lenti